Stavropolda ticarət pavilyonu yanır

Stavropolda ticarət pavilyonu yanır

Stavropolun əsas küçələrindən birində ticarət pavilyonunda yanğın baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda Stavropolda, Dovatortsev küçəsində 100 kv.m sahədə ticarət pavilyonunda yanğın baş verdiyi deyilir. Verilən məlumatda ölən və yaralananın olmadığı deyilir.

Maraqlıdır ki, bu barədə məlumat verən Stavropol Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi sonradan yanğın sahəsinin 500 kvadratmetrə qədər böyüdüyünü və yanğına 2-ci dərəcə verildiyini bildirib.

Nazirliyin mətbuat xidməti hələlik sakinlərin təxliyəsinə ehtiyac olmadığını da bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə