Yazıçı Zaxar Prilepin Nijni Novqorod vilayətində avtomobilinin partladılmasından sonra hər iki ayağından sınıq aldığını bildirib. SİA-nın əldə etdiyi məlumata görə, o, Telegram kanalında baş verənlərin təfərrüatlarını paylaşıb.
Beləliklə, Prilepinin dediyinə görə, maşını idarə edən o olub, sərnişin oturacağında isə dostu Aleksandr Şubin olub. Qeyd edək ki, partlayış da elə Şubinin oturduğu oturacağın altında olub.
Yazıçı əlavə edib ki, bir neçə dəqiqə huşunu itirib, ayılan kimi sınmış şüşəyə tərəf sürünüb. Yol kənarında dayananlar qaçaraq ona kömək ediblər.
Xatırladaq ki, Prilepinin avtomobili mayın 6-da səhər saatlarında Nijni Novqorod vilayətində magistral yolda partladılıb. Hadisə nəticəsində onun həmkarı, Milli Qvardiyanın “Oplot” batalyonunun əməkdaşı Aleksandr Şubin ölüb. Yazıçının özü xəsarət alıb.
Onu da qeyd edək ki, rusiyalı istintaqçılar hücumla bağlı cinayət işi açıblar. Həmin gün polis partlayışla bağlı şübhəli bilinən şəxsi həbs edib. Dindirilmə zamanı o, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiyini etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB