Leninqrad vilayətində dronların istifadəsinə qadağa qoyulub

Leninqrad vilayətində dronların istifadəsinə qadağa qoyulub

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko regionda pilotsuz uçan aparatların (dronların) istifadəsinə qadağa qoyub. Bu barədə Leninqrad vilayətinin İctimai Əlaqələr Komitəsi “Vkontakte” sosial şəbəkəsində məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məhdudiyyət dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına, onların tabeliyində olan təşkilatlara və yuxarıda qeyd olunanlarla müqavilə əsasında fəaliyyət göstərən digər təşkilatlara şamil edilməyəcək.

Həmçinin bildirilir ki, bu qərar Rusiya Federasiyasının yeni ərazilərində hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin 2022-ci il 19 oktyabr tarixli 756 nömrəli fərmanına əsasən qəbul edilib.

Mayın 5-də Moskvanın Şeremetyevo hava limanında naməlum pilotsuz təyyarə Samaradan Moskvaya uçan sərnişin təyyarəsinə hücum etməyə cəhd edib. Təyyarənin sərnişinlərindən birinin sözlərinə görə, kopter laynerin yan tərəfini nişan alıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə