Amerika Birləşmiş Ştatlarına məxsus ''F-16'' tipli döyüş təyyarəsi Cənubi Koreyada qəzaya uğrayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Cənubi Koreyanın ''Yonhap'' xəbər agentliyinin yaydığı xəbərinə görə, ABŞ-a məxsus ''F-16'' döyüş təyyarəsi yerli vaxtla saat 09:45-də paytaxt Seuldan təxminən 60 kilometr cənubda yerləşən Pyeonqtaek şəhərindəki Osan hava bazası yaxınlığında qəzaya uğrayıb.
Qəzaya uğradıqdan sonra yanan hərbi təyyarəyə yanğınsöndürənlər müdaxilə edib.
Yanğınsöndürənlər qəza zamanı mülki tikililərə ziyan dəymədiyini açıqlayıb. Pilotun katapult edə bildiyi bildirilib. Təyyarənin qəzaya uğradığı ərazidə yaşayış məntəqələrinin olmadığı qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB