Kişinyovda kütləvi etiraz aksiyası keçirilir

Kişinyovda kütləvi etiraz aksiyası keçirilir

Moldovanın paytaxtı Kişinyovda kütləvi etiraz aksiyası keçirilir. SİA xəbər verir ki, etirazçıların böyük bir koloniyası prezident administrasiyası və parlament binalarına doğru irəliləyib.

Təşkilatçılar aksiyanın səbəbini ölkədə davam edən maliyyə böhranı ilə əlaqələndirirlər.

“Prezident Maya Sandu rejimi tükəndi, ölkədə iqtisadi böhran daha da dərinləşdi və insanlar Avropa İttifaqı haqqında nağıllarla “qidalanır”. Hakimiyyətin böhrandan çıxmaq üçün real layihələri yoxdur”, - deyə etiraz hərəkatının liderlərindən biri, Kişinyov Şəhər Qanunvericilik Məclisinin deputatı Yuri Kuznetsov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə