Əfqanıstanda daşqınlar ölümlə nəticələndi

Əfqanıstanda daşqınlar ölümlə nəticələndi

Əfqanıstanın 3 vilayətində son 2 gündə baş verən sel fəlakəti nəticəsində 4 nəfər həyatını itirib. SİA xəbər verir ki, bu haqda Taliban Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi mediaya açıqlama verib.

Rəhimi qeyd edib ki, daşqınlarda 60 ev dağılıb, 350 heyvan tələf olub.

Həmçinin, Fövqəladə Halların İdarə Edilməsi Nazirliyindən verilən açıqlamada, leysan yağışları səbəbindən ölkənin 14 vilayətində daşqınların baş verə biləcəyi xəbərdarlığı edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə