İsraildə hökumətin məhkəmə islahatları planlarına qarşı etirazlar davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, mayın 6-da minlərlə şəxs küçələrə axışıb.
Baş nazir Benyamin Netanyahu martın sonunda islahatları təxirə salsa da, etirazlar dayanmayıb.
Sonuncu aksiyada etirazçılar İsrail bayraqlarını dalğalandırıb və Netanyahuya qarşı şüarlar səsləndiriblər. Yüzlərlə nümayişçi Rehovot şəhərinin mərkəzində toplaşıb, əsas yol qovşağını bağlayıb. İsrail polisi hələlik nümayişçilərin sayı ilə bağlı açıqlama verməyib.
"Prezident iqamətgahında müzakirələr davam edərkən, İsrailə investisiyalar gəlmir və İsrail iqtisadiyyatı çökür", - etirazçılar bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB