''Son səkkiz gündə 39 terrorçu da zərərsizləşdirilib''

''Son səkkiz gündə 39 terrorçu da zərərsizləşdirilib''

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində son 8 gündə 39 terrorçunun da zərərsizləşdirildiyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Nazir Hulusi Akar Kayseridə verdiyi açıqlamada Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəni qətiyyətlə davam etdirdiyini, İraqın şimalındakı terror yuvalarının bir-bir dağıdıldığını və terrorçuların Suriyanın şimalında yaratmaq istədiyi terror dəhlizinin məhv edildiyini ifadə edib.
Hulusi Akar deyib: "Terror bitməyib, mübarizə eyni əzmlə davam edir. Son 8 gündə 39 terrorçu zərərsizləşdirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə