Paşinyan: “Nemezis” abidəsi məsələsində qərar yanlış olub"

Paşinyan: “Nemezis” abidəsi məsələsində qərar yanlış olub"

“Nemezis” abidəsi məsələsində qərar yanlış olub.

SİA APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

O, abidənin ucaldılması qərarını hökumətin vermədiyini bildirib.

“Bəli, bu bizim komandadır. Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə