Üçüncü dünya müharibəsi NƏLƏRƏ SƏBƏB OLA BİLƏR? - POLİTOLOQ ŞƏRH ETDİ
“Rusiya-Ukrayna müharibəsi faktiki olaraq üçüncü dünya müharibəsi kimi xarakterizə edilə bilər. Nəzərə almalıyıq ki, hazırda NATO komandanlığı çox açıq formada Ukraynanın tərəfində Rusiya işğalçılarına qarşı mübarizə aparır. Eyni zamanda müdafiə sənayesi məhsulları və digər zəruri mallar baxımından da Qərb sistematik şəkildə Ukraynaya təchizatla köməklik göstərməyə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, böyük bir dünyəvi müharibənin olacağını güman etmirəm: “Rusiya-Ukrayna müharibəsi post-pandemiya dövründə başladığı üçün belə çətin məqamda yenidən bir savaş olma ehtimalı müzakirə edilməlidir. Lakin istənilən halda artıq Rusiya-Ukrayna müharibəsinin siyasi və hərbi təsirlərinin arealı genişlənməyə davam edir. Lakin hər hansı bir mənada üçüncü dünya müharibəsi nüvə silahlarının tətbiqinə səbəb ola bilər. Hansı ki, bu da çox təhlükəli ssenari yaradar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB