Medvedevdən “qeyrətsiz qoca axmaq”a xəbərdarlıq...

Medvedevdən “qeyrətsiz qoca axmaq”a xəbərdarlıq...

Kiyevin Kremlə hücumu münaqişəni gərginləşdirəcək, ABŞ və Brüsseldəki bir sıra rəsmilərin istədiyi budur. SİA-nın əldə etdiyi məlumata görə, bu fikri mayın 4-də ingilisdilli “Twitter” səhifəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Xatırladaq ki, Josep Borrell bu gün Brüsseldə avropalı nazirlərlə görüşdə deyib ki, dünən Kremlə edilən pilotsuz təyyarə hücumu Rusiya tərəfindən Ukraynada münaqişəni gərginləşdirmək üçün bəhanə kimi istifadə edilməməlidir.

“Biz Rusiyanı bu qondarma hücumdan eskalasiyanın arqumenti kimi istifadə etməməyə çağırırıq”.

Qeyd edək ki, bunuAvropa diplomatiyasının rəhbəri- Josep Borrell deyib.

Hələ bu arada Josep Borrellin bu bəyanatını əsas avropalı diplomatı “qeyrətsiz qoca axmaq” adlandıran Dmitri Medvedev şərh edib.

Rusiyanın eks-prezidentinin fikrincə, Ukraynanın pilotsuz təyyarələrinin Kremlə hücumunu Kiyev Vaşinqtonun göstərişi və Avropa İttifaqının razılığı ilə törədib.

Bunun ABŞ üçün nəyə gətirib çıxaracağının xəbərdarlığını edən Medvedev, bundan əlavə bunun Avropa İttifaqınin arzusu olmaqla yanaşı, Ukrayna ərazisində münaqişənin gərginləşməsinə hesablandığını da bildirib.

“Borrell münaqişənin daha da gərginləşməsi üçün Kremlə hücumdan istifadənin əleyhinə çıxış edib. Həyasız qoca axmaq. Kiyev hakimiyyətinin ABŞ-ın rəhbərliyi altında və Avropa İttifaqı orqanlarının razılığı ilə həyata keçirdiyi bu terror aktı münaqişənin genişlənməsinə gətirib çıxaracaq. Vaşinqtonun və Brüsseldəki bir çox axmaqların istədiyi budur”. Bunu Dmitri Medvedev Tvitter hesabında yazıb.

Xatırladaq ki, rusiyalı siyasətçi ərəfədə Ukrayna pilotsuz uçuş aparatlarının Vladimir Putinin Kreml iqamətgahına hücumunu şərh edərkən, Rusiyanın Zelenski və ətrafının fiziki məhvindən başqa başqa variantının olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə