ABŞ-dan Ukraynaya yeni yardım paketi

ABŞ-dan Ukraynaya yeni yardım paketi

ABŞ rəsmiləri Ukraynaya təxminən 300 milyon dollarlıq hərbi yardım göndəriləcəyini bildiriblər. SİA xarici KİV-ə istinadən bildirir ki, ABŞ Ukraynaya artilleriya mərmiləri, minaatan mərmiləri, hava-yer raketləri və döyüş sursatları da daxil olmaqla, təxminən 300 milyon dollarlıq əlavə hərbi yardım göndərəcək.

Yardım paketi hələ rəsmi olaraq açıqlanmadığı üçün adının açıqlanmasını istəməyən rəsmilər, göndəriləcək sursatların hamısının Pentaqonun ehtiyatlarından təmin ediləcəyini bildiriblər.

Ukraynanın daxili işlər naziri İqor Klimenko dünən bəyan edib ki, Rusiyanı Ukrayna ərazisindən çıxarmaq üçün hazırlıqlar davam edir və əks-hücum üçün 8 yeni briqada yaradılıb.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə