Zelenski Finlandiyadan Ukraynaya qayıtmayacaq?

Zelenski Finlandiyadan Ukraynaya qayıtmayacaq?

Ukraynanın rəhbəri Vladimir Zelenski Finlandiya səfərindən sonra vətənə qayıtmağı planlaşdırmır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov bildirib.

Bəli, düşünməyin ki, Zelenski ölkədən qaçacaq.

Sadəcə olaraq, Finlandiyada cəmi bir gün olacaq Zelenski sonra hara gedəcəyini dəqiqləşdirməyib,

Amma mayın 13-də, onu Almaniyanın paytaxtında Almaniyanın keçmiş və indiki kansleri Angela Merkel və Olaf Şolz, eləcə də ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə görüşəcək.

Bu arada, mayın 3-də məlum olub ki, Vladimir Zelenski prezident Sauli Niinistenin dəvəti ilə Finlandiyaya dövlət səfərinə gəlib. Nikiforov qeyd edib ki, səfər zamanı Ukrayna lideri ölkəsinin NATO-ya daxil olması ilə bağlı məsələləri müzakirə edəcək.

Bundan əlavə, Zelenskinin İsveç, Norveç, Danimarka və İslandiyanın baş nazirlərinin daxil olduğu Şimali Avropanın hökumət başçıları ilə görüşləri gözlənilir. Ukrayna ətrafında vəziyyət, eləcə də qlobal geosiyasi məsələlər gündəmdə olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə