Mardində komendant saatı elan edildi

Mardində komendant saatı elan edildi

Türkiyənin Mardin vilayətinin Nusaybin bölgəsində komendant saatı elan edilib. SİA “TRT Haber”ə istinadən xəbər verir ki, buna səbəb bölgədə PKK terror təşkilatına qarşı əməliyyat keçirilməsi olub.

Məlumata görə, mayın 2-si yerli vaxtla 04:00-dan bölgənin 9 məhəlləsində küçəyə çıxmaq qadağan edilib.

Komendant saatı növbəti göstərişə qədər qüvvədə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə