Ağ Ev ABŞ-ın tezliklə Ukraynaya əlavə hərbi yardım paketləri təqdim edəcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu bazar ertəsi, mayın 1-də, TASS xəbər verir.
Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi keçirdiyi brifinqdə xəbəri açıqlayıb və qeyd edib ki, Vaşinqton mayın 1-dən Ukrayna Silahlı Qüvvələrinin yazda başlamağı planlaşdırdığı hücum əməliyyatları üçün tələb etdiyi demək olar ki, hər şeyi artıq təmin edib.
“Ukraynalılarla planlaşdırılan yaz hücumu üçün nəyə ehtiyacları barədə apardığımız müzakirələrə əsasən, biz bu siyahıdakı demək olar ki, hər şeyi təhvil verdik. Biz onların tələb etdiklərinin demək olar ki, 100 faizini yerinə yetirdik”.
Kirbi həmçinin, çox yaxında ukraynalıların ABŞ-dan yeni silah alacaqlarını da bildirib.
Beləliklə, ABŞ administrasiyasının rəsmisi Kiyev üçün yeni silah və sursat tədarükünü elan edib: “Çox yaxında siz bizdən yeni silahların tədarükü görəcəksiniz”.
Qeyd edək ki, Böyük Britaniya da Ukraynaya yeni, uçuş məsafəsi 150-300 km olan uzaqmənzilli raketlər göndərəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB