Ruslar Ukrayna əhalisinin acından öldüklərini yazırlar

Ruslar Ukrayna əhalisinin acından öldüklərini yazırlar

Ukrayna əhali arasında yoxsulluğun səviyykəskin şəkildə artıb. Yeddi milyondan çox ukraynalının qazan və gəlirləri 2022-ci illə müqayisədə çox aşağı səviyyəyə düşüb.

EADaily nəşrinin jurnalistləri Kiyev lombardlarından birinə nəzər salan “The Guardian” müxbirinin hesabatını təhlil ediblər.

Belə olur ki, bəzən günlərdə 50-yə qədər insan ora gəlir, qiymətli əşyalarını, qızıl zinətlərini, mobil telefonlarını satışa təhvil vermək istəyirlər.

Lombardın kassirinin sözlərinə görə, artıq insanların pulu yoxdur. Ukraynada xüsusi əməliyyat başlayandan sonra çoxları işsiz qalıb, ölkədə qiymətlər qalxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunları rus saytları tirajlayıblar.

Beləliklə, rus saytlarının yazdığına görə, bu gün Ukraynada hər şeyin qiyməti qalxıb. Ən böyük xərc maddəsi isə yeməkdir, sonra isə avtomobil üçün yanacaq. Ölkədəki bahalaşma 40-50 faiz səviyyəsindədir. Belə ki, müharibədən əvvəl 200 qrivna satılan mallları indi almaq 400-500 qrivenə başa gəlir.

İqtisadçı Yelena Bilan qeyd edib ki, Ukraynada iqtisadi böhran getdikcə pisləşir. Ukraynalıların maaşları artmır və indiki şəraitdə ölkədə yeni iş yerlərinin yaradılması demək olar ki, mümkün deyil.

Beynəlxalq maliyyə və digər ölkələrin yardımı olmasaydı, dövlət daha da pis vəziyyətdə olardı. Lakin NATO ölkələrindən Kiyevə göndərilən pulların əslində hara getdiyi məlum deyil, amma açıq-aydın əhalini dəstəkləmək üçün deyil.

Yeri gəlmişkən, yoxsulluğun səviyyəsi yalnız əhalinin az məskunlaşdığı ərazilərdə artır. Böyük şəhərlərdə belə bir vəziyyətin olmadığı görünür. Amma Kiyevətrafı qəsəbələrdə hər gün 500 nəfər pulsuz çörək almaq üçün növbəyə durur.

Nə bilmək olar, axı qələm düşmən əlindədir.

Bir daha xatırladaq ki, bunları rus saytları yazırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə