Bu gün Rusiyanın müxtəlif bölgələrində 1 may bayramına həsr olunmuş aksiyalar keçirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Trans-Baykal diyarının Çita şəhərində hakimiyyət orqanları şəhərin kənarında mitinq keçirmək barədə razılığa gəliblər. Aksiyaya 33 nəfər gəlib. Onlar qubernator Aleksandr Osipovu, eləcə də Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə başlamaq qərarını tənqid edərək, müharibə əleyhinə mövqeyə görə repressiyalara işarə ediblər.
Buna bənzər aksiya Novosibirskdə də keçirilib: mer Anatoli Loktun rəhbərliyi ilə şəhərin mərkəzində yürüş və şəhərdən kənarda sinifdən başqa müharibə yoxdur şüarı altında başqa bir mitinq keçirilib.
Belə ki, Lokotun Ukraynanın işğalına haqq qazandırdığı birinci, 200-ə yaxın adam topladı. İkincisi, şəhərdən kənar keşirilən mitinqdə, rus saytlarının yazdığına görə, guya təxminən 50 nəfər bir araya gəlib9?).
Qeyd edək ki, mitinqi “Qırmızı Dönüş” kommunist təşkilatı keçirib. Nümayişçilər “Faşizmə yox”, “Kapitalizmə yox” və “Sinifdən başqa müharibə yoxdur” şüarları səsləndiriblər.
Bundan əlavə, Sankt-Peterburqda "Sülh! Əmək! May!" anti-müharibə plakatı ilə keçirilən piketdə xeyli adam 76-cı polis bölməsinə aparılıb.
Yekaterinburqda bir anda bir neçə aksiya keçirilib. Anna və Nadejda Sayfutdinov bacıları eyni vaxtda “Dünyaya sülh” anti-müharibə plakatları ilə təkbaşına piketlərə çıxıblar. Onlar saxlanılaraq polis şöbəsinə aparılıblar,
Nail Muxametşin Kazanda “Dünyaya sülh, müharibə olmasın, siyasi məhbuslara azadlıq” anti-müharibə posteri ilə çıxıb. Onu da tutub polis bölməsinə aparıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB