Türkiyəli nazirdən müjdə

Türkiyənin energetika naziri Fatih Dönməz bazar günü bildirib ki, yaxın gələcəkdə ölkədə yeni neft ehtiyatlarının aşkarlanması ilə bağlı mühüm xəbərlər gözlənilir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatda deyilir.

"Yaxın vaxtlarda neftlə bağlı böyük xəbərləri açıqlaya bilərik. Bizi izləyin”, - deyə o bəyan edib.

Nazir neftin harada tapıldığını və ehtiyatların nə qədər olduğunu açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə