Bosfor boğazı “İlyas Konan” adlı 94 metrlik quru yük gəmisinin mühərrikində yaranmış nasazlıq səbəbiylə müvəqqəti olaraq gəmilərə bağlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, NTV Türkiyə Sahil Mühafizəsinin məlumatlarına istinadən xəbər verir ki, gəmi Rusiyadan Türkiyənin Kocaeli limanına gedirmiş.
Agentliyin məlumatına görə, daşımaların dayandırılması barədə qərar yerli vaxtla saat 18:00-da qəbul edilib.
“İlyas Konan” yedək gəmilərinin köməyi ilə Axırkapı dayanacağına çatdırılıb.
Müəllif: Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB