“Kiyev NATO-nu Rusiya ilə müharibəyə cəlb etmək istəyir”..?

“Kiyev NATO-nu Rusiya ilə müharibəyə cəlb etmək istəyir”..?

Rəsmi Kiyev NATO-nu birbaşa Rusiya ilə hərbi münaqişəyə cəlb etmək istəyir, çünki Ukrayna Silahlı Qüvvələri döyüş meydanında uğursuzluğa düçar olur. SİA-nın əldə etdiyi məlumata görə, bu fikri jurnalist Stiven Qardnerə müsahibəsində ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter bildirib.

Skott Ritterin dediyinə görə, Rusiya ilə münaqişədə tam itkidən qaçmağa çalışan Ukraynanın rəhbəri Vladimir Zelenski, bunun nəticəsində təhlükəli eskalasiya barədə qərar verə bilər.

“Zelenski Kiyevin artıq itirdiyi reallıqla üz-üzədir. Buna görə də o, vəziyyəti dəyişmək üçün çarə tapmaq istəyir”, - Bunu da amerikalı ekspert bildirib.

Keçmiş kəşfiyyatçı əmindir ki, Ukrayna tərəfinin planları tamamilə taktika dəyişikliyidir, çünki indi Zelenskiyə onun ətrafı məsləhət görür ki, Silahlı Qüvvələri xilas etmək üçün Şimali Atlantika Alyansını Ukrayna münaqişəsinə cəlb etmək üçün əlindən gələni etsin.

Lakin Ukrayna hakimiyyətinin bu cür hərəkətləri nüvə müharibəsi təhlükəsini artırır və bu səbəbdən də ABŞ eskalasiyanın qarşısını almaq üçün Kiyevin qəbul etdiyi qərarlara daha tez-tez müdaxilə etməyə başlayıb.

Xatırladaq ki, ötən gün SİA Skott Ritterin əsgər sayının 80 faizini itirən Ukrayna ordusunun öz hərbçiləri arasında itkiləri ödəyə bilməyəcəyi barədə fikrini yayımlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə