BBC-nin sədri Riçard Şarp istefa verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Consona 800 min funt sterlinq kredit alması üçün zamin təşkil etdiyi iddialarından sonra Şarpın seçki prosesinin müstəqil təhqiqatı ilə bağlı hesabat açıqlanıb.
Şarp seçki prosesi zamanı potensial maraq toqquşmalarını açıqlamamaqla dövlət təyinatları ilə bağlı qaydaları pozmasının aşkar edilməsindən sonra istefa verib.
O, mandatının artıq dayanıqlı olmadığı qənaətinə gəldiyini və BBC-nin maraqlarını birinci yerə qoymaq üçün istefa verdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB