ABŞ-ın Alyaska ştatında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Elmendorf-Riçardson Birgə Bazasının nümayəndəsinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata əsasən, iki "AH-64 Apache" helikopteri Hili yaşayış məntəqəsi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil.
Qəzanın səbəbi araşdırılır. Hadisə yerində xilasedicilər işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB