Sudan ordusu ilə xüsusi təyinatlı qüvvələr arasında aprelin 15-dən etibarən davam edən qarşıdurmalar səbəbindən Türkiyə vətəndaşlarının təxliyyə prosesi başa çatıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Paytaxt Xartumdakı 198 nəfər bu gün hərbi hava limanına doğru hərəkət edib.
Efiopiya üzərindən indiyədək 1600 təxliyə edildiyi bildirilib.
Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və digər şəhərlərində Sudan ordusu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar başlayıb.
Sudan Xarici İşlər Nazirliyi Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhanın ordu ilə toqquşan xüsusi təyinatlı qüvvələrin ləğv edilməsi və dövlətə qarşı üsyançı qüvvə elan edilməsinə qərar verdiyini və bu istiqamətdə hərəkət edəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB