Amma Peskov qismən səfərbərliyin “ikinci dalğası” olmayacaq demişdi

Amma Peskov qismən səfərbərliyin “ikinci dalğası” olmayacaq demişdi

Hərbi ekspert və ehtiyatda olan polkovnik Viktor Barantsın sözlərinə görə, Rusiya Ukrayna ordusunun say üstünlüyünə görə qismən səfərbərlik həyata keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, çərşənbə günü, aprelin 26-da Pravda.ru-ya müsahibəsində danışıb.

Ekspertin fikrincə, Rusiya Silahlı Qüvvələrinin komandanlığı könüllülər və hərbi xidmətə çağırılan vətəndaşlar da daxil olmaqla şəxsi heyətin sayındakı boşluğu minimuma endirə bilib.

Buna baxmayaraq, Baranets NATO-nun Qərb hərbi-siyasi blokunun Ukraynada xüsusi hərbi əməliyyatın gedişatına mümkün müdaxiləsi ilə əlaqədar Rusiyada səfərbərliyin ikinci dalğasının baş verməsi ehtimalını da istisna etmir.

Ekspert qeyd edir ki, Şimali Atlantika Alyansı döyüş bölgəsində mövcudluğunu getdikcə daha açıq nümayiş etdirir və bu, NATO-nun xüsusi hərbi əməliyyatın gedişinə açıq şəkildə müdaxiləsinə səbəb ola bilər.

“Əgər bu baş verərsə, biz ikinci səfərbərlik dalğasına ehtiyacla üzləşə bilərik, çünki düşmənə layiqli cavab verməliyik”, - deyə rusiyalı analitik yekunlaşdırıb.

Yeri gəlmişkən, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremldə qismən səfərbərliyin “ikinci dalğası”nın müzakirəsini təkzib etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə