Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu, 26 yaşlı Xamzat Kadırov onun güc blokunda müşaviri-köməkçisi olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev teleqram kanalında məlumat verib.
O, Kadırovun qardaşı oğlunu Çeçenistan rəhbərinin “əla meneceri” və “sadiq müttəfiqi” adlandırıb və qeyd edib ki, Xamzat Kadırova həvalə edilən istənilən istiqamət “dinamik inkişaf etməyə başlayır”.
Qeyd edək ki, hələ fevralın əvvəlində Xamzat Kadırov Çeçenistanın baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri vəzifəsinə təyin edilmişdi.
2021-ci ilin avqust ayına qədər Xamzat Kadırov Çeçenistanın Bədən Tərbiyəsi, İdman və Gənclər Siyasəti Nazirliyinə rəhbərlik edib.
2022-ci il sentyabrın sonunda Kadırov qardaşı oğlunu katibliyinin rəhbəri kimi təmsil edib. Xamzat Kadırov Xafizin Tsentaroyev məktəbini bitirib. Daha sonra o, həm də Çeçenistan Dövlət Universitetinin Dövlət İdarəçilik fakültəsində dünyəvi elmlər üzrə təhsil alıb.
Onu da qeyd edək ki, Çeçenistanda respublika rəhbərinin onlarla qohumu regionun rəhbərliyində yüksək vəzifələrə təyin olunur. Özü də ailə üzvlərinin karyera nərdivanına yüksəlməsində heç bir maraq toqquşması görmür.
“Kimə güvənirəm, onu təyin edirəm”. Budur Ramzanın amalı.
Bu gün Çeçenistandakı dövlət qulluğunda vəzifələri əsasən Ramzanın övladları, bacıları, kürəkənləri, bacısı oğulları, müxtəlif dərəcəli qohumluq qardaşları tutur.
Hələ 2018-ci ildə BBC-nin Rus Xidməti Çeçenistandakı 158 yüksək vəzifəli məmurdan 30 faizinin Ramzan Kadırovun qohumları olduğunu bildirmişdi.
2021-ci ildə Kadırovun o vaxt 22 yaşı olan qızı Ayşat Çeçenistanın mədəniyyət naziri olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB