Sudandakı qarşıdurmada 300-ə yaxın insan həyatını itirib

Sudandakı qarşıdurmada 300-ə yaxın insan həyatını itirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus öz "Tvitter" hesabında Sudandakı münaqişələrlə bağlı paylaşım edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkədəki vəziyyətin acınacaqlı olduğunu bildirən Qebreyesus, "İndiyə qədər Sudandakı qarşıdurmalarda 300-ə yaxın insan həyatını itirib, 3000-dən çox insan isə yaralanıb. Mülki şəxslərə və səhiyyə xidmətlərinə edilən hücumlar başda olmaqla bütün itkiləri qınayıram" ifadələrindən istifadə edib.
Qebreyesus, Sudandakı səhiyyə müəssisələrini işğal edən qüvvələrdən gələn xəbərlərin həyəcanverici olduğunu da qeyd edərək, "Səhiyyə xidmətlərinə edilən hücumlar beynəlxalq hüquq və sağlamlıq hüququnun açıq şəkildə pozulmasıdır. Bunlara son qoyulmalıdır" deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə