Ruslar nəticələrin mənasızlığını görəcəkləri təqdirdə cəbhənin bəzi sektorlarında geri çəkilə bilərlər. Ümumiyyətlə, düşmən Baxmutda hücum əməliyyatlarını da dayandıra bilər. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri “Kanal 24”-ün efirində hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.
Onun sözlərinə görə, düşmənin prioritetləri dəyişə bilər - Luqansk istiqaməti işğalçılar üçün əsas istiqamətə çevrilə bilər, eyni zamanda onlar Donetsk, Xerson və Zaporojye istiqamətlərində müəyyən ərazilərdən geri çəkilə bilərlər.
“Bu ona görədir ki, onlar Avdiivkanı mühasirəyə ala bilməyiblər və mühasirəyə ala bilməyəcəklər. Buna görə də biz şəhəri saxladıq - Avdiivka qarnizonu şəhərə bitişik yaxınlaşmalara bağlıdır”.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki deyib bunu.
Svitana görə, ruslar çox güman ki, Baxmut istiqamətini və Kremennayanı tərk edəcəklər. Üstəlik, onlar Baxmutda hücum əməliyyatlarını da dayandıra bilərlər, çünki bu onlar üçün perspektivsizdir.
Ekspertin fikrincə, Kremennaya-Liman istiqaməti işğalçılar üçün yeganə perspektivli istiqamət olaraq qalır. Həmin ərazidə onlar Ukrayna qoşunlarına uzun müddət təzyiq göstərə bilər ki, onları Oskol və Severski Donets çaylarının sərhədindən kənara çıxarsınlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB