Bu il Gürcüstan iqtisadiyyatı 7 faiz artıb. Ölkənin turizm və ticarət sahələrində nəzərəçarpacaq yüksək rəqəmlər qeydə alınıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasından sonra bildirib.
Onun sözlərinə görə, cari ilin birinci rübündə Gürcüstana 1 milyon 200 mindən çox beynəlxalq səyahətçi səfər edib, bu da çox müsbət göstəricidir.
Ticarət sahəsində də artım mövcuddur. Yanvar-mart aylarında ixracatda 25 faiz artım qeydə alınıb və bu göstərici 1 milyard 641 milyon dollar təşkil edib. Baş nazir bunun ölkənin xarici ticarətində rekord rəqəm olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB