Polşada Kalininqrad vilayəti ilə sərhəddə elektron hasarın tikintisinə başlanılıb. Bu barədə ölkənin daxili işlər və administrasiya naziri Mariuş Kaminski bildirib.
“Bu, Belarusla sərhəddə olduğu kimi, çoxlu gecə-gündüz kameraları, hərəkət sensorları ilə təchiz edilmiş müasir hasar olacaq. Biz Rusiya ilə sərhəddə baş verən hər şeyi tam izləyəcəyik”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu polşalı nazir deyib.
Ümumilikdə Polşa-Rusiya sərhədində 199 kilometr uzunluğunda üç min kamera quraşdırılacaq. Tikinti işlərinin sentyabrın 30-da başa çatdırılması nəzərdə tutulur. İşin dəyəri 373 milyon zloti (təxminən 81 milyon avro) qiymətləndirilib.
Bundan əvvəl Polşa hərbçiləri Rusiya ilə sərhəddə üç cərgəli tikanlı məftilli hasar çəkib, həmçinin tank əleyhinə kirpilər quraşdırıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB