Livan parlamenti bələdiyyə seçkilərini təxirə salmaq qərarına gəlib
Livan parlamenti iqtisadi böhran səbəbindən bələdiyyə seçkilərini bir il daha təxirə salmaq qərarına gəlib.
Livan parlamentinin yaydığı bəyanatda parlament seçkiləri ilə bağlı qapalı iclasın keçirildiyi bildirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bəyanatda qeyd olunub ki, iclasda keçirilən səsvermə nəticəsində maliyyə və maddi-texniki imkanların yetərli olmaması səbəbindən bələdiyyə seçkilərinin 2024-cü il mayın 31-nə təxirə salınması səs çoxluğu ilə qərara alınıb.
Xristian Livan Qüvvələr Partiyası və Ketaib Partiyasının qərara etiraz etdikləri bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB