Qeyd edək ki, Qərbdə hələ ki, təkcə İsveçrə Ukraynaya hərbi texnika ötürülməsinə qoyduğu qadağadan əl çəkməyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu aprelin 18-də prezident Alen Berset bir daha xatırladıb.
Onu da qeyd edək ki, burada söhbət İsveçrədən silah və sursat almış dövlətlərin münaqişə zonalarına tədarük edilməsinə qadağa qoyulmasından gedir.
Bu gün, İsveçrə istehsalı olan silahları Kiyevə göndərmək üçün konfederasiyanın səlahiyyətli orqanlarından icazə almaq lazımdır.
Lakin eyni zamanda, Berset, lazım gələrsə, dəyişikliklərə hazır olmaq üçün vəziyyəti öyrənməyin vacibliyini də qeyd edib.
Qaydalara sadiq qaldıqlarını bəyan edən İsveçrə prezidenti “lazım gələrsə, onları uyğunlaşdırmamız vacibdir”-deyə bəyan edib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təkrarlamağı xoşlayır, guya Qərb olmasaydı, Ukraynada münaqişə çoxdan bitərdi. (...təbii ki rusların qələbəsi ilə, bəs sonra?-A.B.)
Lavrovun sözlərinə görə, Qərb Ukraynadakı münaqişəni dayandırmaq istəmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB