3000-dən çox məhbus yenidən ittiham olundu - FOTOLAR

3000-dən çox məhbus yenidən ittiham olundu - FOTOLAR

Myanmadakı qanlı çevrilişdən sonra hakimiyyəti ələ alan ordu Yeni il bayramı üçün amnistiya verdildiyini açıqlayıb. Myanmadakı hərbi administrasiya ənənəvi, Yeni il bayramı ilə əlaqədar verilən amnistiya çərçivəsində 3000-dən çox məhbusun azad ediləcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yanqon şəhərindəki İnsein həbsxanasının rəsmisi, "ölkənin ən böyük həbsxanasından azad olunacaq şəxslərin sayı və adları hələlik məlum deyil "- deyə bildirib.

Keçmiş Siyasi Məhbuslar Assosiasiyasının üzvü Tun Kyi bildirib ki, onlar bu cür qərarları siyasi xal qazanmağa çalışmaq, beynəlxalq təzyiqləri azaltmaq və ordunun legitimliyini nümayiş etdirmək kimi qiymətləndirirlər.

Myanma ordusunun etirazçılara və üsyançı qruplara qarşı silahlı müdaxiləsi nəticəsində 1800-dən çox insan həyatını itirib. Çevrilişdən bu yana təxminən 13 min adam saxlanılıb, 10 mindən çox adam hələ də həbsdədir.

Siyasi Məhbuslara Yardım Təşkilatının məlumatına görə, çevrilişdən sonra ölkədə 1900-dən çox adam ölüb, 10 mindən çox adam saxlanılıb. Myanma hərbi məhkəmələri 2-si uşaq olmaqla 114 siyasi məhbus haqqında ölüm hökmü çıxarıb.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə