Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi oldu

Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin açıqlamasında bildirilir...
Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi oldu

Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi ilə Rusiya arasında əsir mübadiləsi olub.

Nazirliyin açıqlamasında bildirilir: “128-i əsgər, 2-si Dövlət Xüsusi Nəqliyyat Xidmətinin nümayəndəsi olmaqla 130 nəfər Rusiya əsirliyindən buraxılıb”.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Milli İnformasiya Bürosu bildirib ki, əsirlikdən azad edilən əsgərlərin geyim, ayaqqabı, gigiyena vasitələri və telefon kimi əsas ehtiyacları təmin edilib.

Əsir mübadiləsi Ukrayna Prezident Administrasiyası, Ukrayna Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsi və Ukrayna Təhlükəsizlik Xidmətinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Rəsmi Moskva mövzu ilə bağlı açıqlama verməyib.

Muzdlu “Vagner” hərbi qüvvəsi isə 100-ə yaxın ukraynalı əsirin azad edildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə