Fransa Rusiyaya görə ABŞ-dan üz çevirir?

Fransa Rusiyaya görə ABŞ-dan üz çevirir?

Amerikalı hüquq müdafiəçisi, Yaşıllar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə keçmiş namizəd Ajamu Baraka, Parisin Vaşinqtondan uzaqlaşmağa başladığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, ruslar artıq bunun səbəbini tapıblar. Sən demə, bu, ABŞ hakimiyyətinin Rusiyaya qarşı irrasional siyasəti ilə bağlı imiş.

“Fransanın Amerika vassalı rolundan uzaqlaşdırılması Rusiya Federasiyası ilə proxy müharibə aparan ABŞ-ın əks-məhsuldarlığının növbəti nəticəsidir”, - Baraka öz “Twitter” hesabında yazıb bunu.

O, bildirib ki, insanlar arasında oxşar hisslər Almaniyada “Vaşinqtonun “Şimal axını” qaz kəmərlərini partlatması” məlum olduqdan sonra başlayıb.

Maraqlıdır ki, Baraka nədənsə bunun nəyə gətirib çıxara biləcəyini açıqlamayıb.

Fransanın bir müddət bundan əvvəl Avropa İttifaqının Ukrayna üçün sursat alınması üçün pul ayrılması qərarını əngəllədiyi deyilirdi.

Qeyd edək ki, Ukraynaya mərmi tədarükünün maliyyələşdirilməsi ilə bağlı qərar Avropa İttifaqına üzv dövlətlərin yekdil səsini tələb edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə