Zelenski: "Ukraynanın layiqli yeri NATO-dur"

Zelenski: "Ukraynanın layiqli yeri NATO-dur"

Ukraynanın layiqli yeri NATO-dur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski ənənəvi gündəlik müraciətində deyib.

Bu gün Ukrayna lideri Avro-Atlantik inteqrasiya, Ukrayna və Alyansın potensiallarının birləşdirilməsinin qaçılmazlığı ilə bağlı görüş keçirib.

“Aydındır ki, Ukraynanın yeri NATO-dadır, bu, onun layiqli yeridir. Mən istəmirəm ki, bu günə qədər bizim Alyansa daxil olmağımıza mane olan köhnəlmiş illüziyalar indi də Ukraynadan və tərəfdaşlardan vaxt almağa davam etsin”, - deyə Zelenski bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə