Bu arada jurnalistlər Ukraynada 20 mindən çox rus əsgərinin öldüyünü təsdiqləyiblər Aprelin 14-nə olan məlumata görə, Ukrayna ilə müharibədə 20 451 rus əsgərinin öldüyünü təsdiqləmək mümkün olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, itkilərlə bağlı belə məlumatları BBC Rus Xidmətinin jurnalistləri Mediazona və könüllülər qrupu ilə birlikdə təqdim edir.
Onlar qeyd edirlər ki, son iki həftə ərzində 1820 hərbçinin ölümü təsdiqlənib ki, bu da müharibənin başlanğıcından bəri ən yüksək göstəricidir.
Jurnalistlərin fikrincə, ən böyük itkiləri Baxmut bölgəsində döyüşən “Vaqner” PMC-nin məhbus və muzdluları verir.
Qeyd edək ki, onlar Ukraynada ölən 3080 məhkumun adını müəyyənləşdirə biliblər. Onu da qeyd edək ki, mart ayından bəri məhbuslar arasında təsdiqlənmiş itkilərin sayı müharibə iştirakçılarının digər kateqoriyaları arasında itkilərin sayını ötüb.
Səfərbər olunanlar arasında da itkilərin yüksək səviyyədə olduğu bildirilir. Jurnalistlər 1900 belə hərbçinin ölümünü müəyyənləşdirə biliblər. Onların 60 faizinin bu il yanvarın 1-dən sonra dünyasını dəyişdiyi qeyd edilir. Rusiya ərazisində hərbi hissələrdə və toplama məntəqələrində həlak olan 53 səfərbərin olduğu da məlumdur.
Jurnalistlər qeyd edirlər ki, bütün itkilərin üçdə biri könüllülər, səfərbər edilmişlər, məhbuslar və muzdluların payına düşür.
Bundan əlavə jurnalistlər hərbi əməliyyatlar başlayandan bəri ölən rus hərbçiləri haqqında məlumat toplayırlar. Monitorinqə yalnız açıq mənbələr əsasında ölümü müəyyən edilən şəxslər daxildir. Tədqiqat müəlliflərinin fikrincə, itkilərin faktiki sayı daha çox ola bilər. Bundan əlavə, jurnalistlər itkin və əsir düşənlərin sayını bilmirlər.
Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi şəxsi itkilərlə bağlı məlumatları açıqlamır və jurnalistlərin səsləndirdiyi rəqəmləri şərh belə etmir.
Ukrayna hakimiyyəti də ölən hərbçilərin sayı barədə məlumat vermir.
Bu arada Qərb kəşfiyyatının hesablamalarına görə, Rusiya ordusunun ölən və yaralananlarla itkisi 200 min nəfərə çata bilər - onlardan 60 minə qədəri ölə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB