"Mən ölkənin hərbi-sənaye kompleksinin gücləndirilməsinə çalışıram"
Serbiya heç vaxt nə Ukraynaya, nə də Rusiyaya bir güllə də göndərməyəcək.
SİA TASS-a istinadən xəbər verir ki, bu sözləri prezident Aleksandr Vuçiç mətbuata müraciətində deyib.
Serbiya lideri Aleksandr Vuçiç Qərbin Serbiyanın Ukraynaya silah və sursatla yardım etməyə hazır olması ilə bağlı bəyanatlarını bir daha təkzib edib. Ukraynanın münaqişə zonasına silah tədarükü ilə bağlı sualı cavablandıran Serbiya prezidenti bildirib ki, o, yalnız Serbiya Silahlı Qüvvələrinin və ölkənin hərbi-sənaye kompleksinin gücləndirilməsinə çalışır.
“Mən ordumuzu və hərbi sənayemizi gücləndirmək istəyirəm. Amma biz heç vaxt nə Ukraynaya, nə də Rusiyaya bir güllə də göndərməyəcəyik”.
Qeyd edək ki, daha əvvəl “Reuters” Pentaqonun internetə daxil olan məxfi sənədlərinə istinad edərək, Serbiya hökumətinin rəsmi Kiyevə yardım göstərmək və Ukraynaya silah göndərmək imkanlarına icazə verdiyi barədə material dərc etmişdi.
Bununla belə, Qərb mediasının Serbiyaya qarşı məxfi yardım göstərilməsi ilə bağlı bu cür kəskin ittihamları bir neçə dəfə eşidilsə də, lakin heç bir real sübut təqdim edilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB