Xrenin taktiki nüvə silahlarını xəstə başların dərmanı adlandırıb

Xrenin taktiki nüvə silahlarını xəstə başların dərmanı adlandırıb

Bu arada birini də Belarusun müdafiə naziri Viktor Xrenin “kəşf edib”. Belə ki, onun dediyinə görə, Qərb ölkələrinin liderləri ən çox nüvə silahından deyil, öz yalanlarını və ikiüzlülüyünü üzə çıxarmaqdan qorxurlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə nazir cümə günü, aprelin 14-də poliqonda jurnalistlərə bildirib.

Qeyd eddək ki, Müdafiə Nazirliyinin rəhbəri Belarus vətəndaşlarını respublika ərazisində yerləşdirilən Rusiya nüvə silahlarından qorxmamağa çağırıb. Onun sözlərinə görə, bu silahlardan heç kim xüsusi ehtiyac olmadan istifadə etməyəcək.

Xrenin, bir daha taktik nüvə silahlarından qorxmaq lazım olmadığını deyib: “Üstəlik, dövlət başçısı açıq şəkildə dedi: bu, ifrat tədbirdir. Heç kim ondan istifadə etməyəcək. Bu, ciddi strateji çəkindirici amildir. Yəni bu, hələ də bizimlə güc mövqeyindən danışa biləcəklərini düşünən xəstə başlar üçün dərman kimi olacaq”.

Müdafiə naziri xatırladıb ki, Belarus həmişə NATO-nun hədəfi olub və olaraq qalır. Respublikaya qarşı mütəmadi olaraq hərbi kəşfiyyat aparılır və son zamanlar Qərbdən gələn bütün təhdidlər daha da güclənib.

Qeyd edək ki, bundan əvvəl Belarus Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz, Minskin Polşa rəhbərliyinin mümkün aqressiv hərəkətlərindən ciddi şəkildə qorxduğunu bildirmişdi.

Bundan əlavə, Belarus Xarici İşlər Nazirliyi Polşa tərəfinin ekstremistləri maliyyələşdirdiyini, Belarus əhalisinə qarşı hansısa döyüş dəstələri hazırladığını və aktiv hərbiləşdirmə apardığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə