Birləşmiş Millətlər Təşkilatı (BMT) son vaxtlar İtaliyaya gələn qeyri-qanuni mühacirlərin sayının keçən ilin müvafiq dövrü ilə müqayisədə 300 faiz artdığını açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, BMT-nin Cenevrə ofisinin sözçüsü Alessandra Velluccinin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) sözçüsü Metyu Saltmarş iclasdakı çıxışında Mərkəzi Aralıq dənizini keçməyə cəhd edən qeyri-qanuni mühacirlərin vəziyyətindən narahat olduqlarını və BMT-nin bu məsələni öz iclasında dəfələrlə gündəmə gətirdiyini bildirib.
Anadolu Agentliyinin müxbirinin "İtaliya son vaxtlar artan miqrant böhranını idarə etmək üçün 6 ay müddətinə fövqəladə vəziyyət elan etdi. Bu qərarı necə qiymətləndirirsiniz? Böhranın həllinə töhfə verəcəkmi?" sualına cavab verən Saltmarş deyib:
"İtaliyada fövqəladə vəziyyət elan edildikdən sonra çoxlu sayda qeyri-qanuni mühacirin və qaçqınların qəbulu üçün imkanların və standartların artırılması üçün əlavə vəsaitin ayrılmasını alqışlayırıq. İtaliyaya son zamanlar gələn qeyri-qanuni qaçqınların sayında böyük artım var. Ötən ilin eyni dövrü ilə müqayisədə 300 faizlik artım olub".
İtaliyanın Aralıq dənizində miqrasiya ilə mübarizədə tək qalmamasının vacibliyini vurğulayan Saltmarş dəniz yolu ilə gələnlər üçün yeni nəsil təxliyə və yenidən bölüşdürmə mərkəzlərinin yaradılması çağırışlarını təkrarlayıb.
Saltmarş qeyd edib ki, Aralıq dənizində qaçqın problemi ilə mübarizə aparan ölkələr həmrəy olmalıdır.
Dənizlərdə "həyatların xilas edilməsinin" uzun müddətdir davam edən dənizçilik ənənəsi olduğunu vurğulayan Saltmarş “Bir daha qeyd etməyə davam edəcəyik ki, bu, həm də dövlətlərin qanuni vəzifəsidir” deyib.
Aralıq dənizində qeyri-qanuni mühacirləri daşıyan gəmilərin batmasının faciəvi bir hadisə olduğunu qeyd edən Saltmarş bölgədə xilasetmə potensialında böyük boşluqların olduğunu və bunun təcili olaraq gücləndirilməsinin lazım olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



