Kiyevdə Macarıstanın baş naziri Viktor Orbanın Ukraynanın iqtisadi baxımdan mövcud olmayan ölkə olması ilə bağlı sözlərinə reaksiya veriblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenkonun sözlərinə görə, bu, Ukrayna əleyhinə növbəti bəyanatdır.
O, aprelin 14-də sosial şəbəkədəki səhifəsində yazıb: “Macarıstanın özünün iqtisadi sabitliyini qorumaq üçün Avropa İttifaqından külli miqdarda pul aldığı bir vaxtda Macarıstan rəhbərliyinin digər ölkələrin maliyyə məsələlərindən danışması rüsvayçılıqdır”.
Nikolenkonun sözlərinə görə, Avropa Ukraynanı dəstəkləməklə ilk növbədə öz təhlükəsizliyinə sərmayə qoyur.
Xatırladaq ki, Polşanın baş naziri Mateusz Moraviecki Ukraynada münaqişənin daha bir neçə il davam edə biləcəyini etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB