Avropaya çatmaq üçün yanacağı qurtaran və uzun müddət dənizdə qalaraq xilas olunmağı gözləyən yüzlərlə mühacir İtaliya qrupları tərəfindən sahilə çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Siciliyanın Kataniya limanına daşınan 700-ə yaxın miqrant sağlamlıq müayinəsindən sonra ölkənin müxtəlif bölgələrinə yerləşdiriləcək.
İtaliyada son günlər dənizdən 2000-dən çox miqrantın xilas edilməsindən sonra 6 ay müddətinə fövqəladə vəziyyət elan edilib. Birləşmiş Millətlər Təşkilatı (BMT) bu ilin ilk üç ayında Aralıq dənizində 441 miqrantın həyatını itirdiyini və bu rəqəmin 2017-ci ildən bəri ilin dörddə birində qeydə alınan ən yüksək ölüm sayı olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB