Kütləvi turist çətin ki, bu yay Türkiyədə istirahət edə bilsin. Daha sərfəli alternativ BƏƏ, Tayland və Maldiv adaları ola bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Turoperator” hesab edir ki, BƏƏ, Tailand və Maldiv adaları 2023-cü ilin yayında Türkiyəni əvəz edə bilər. Türkiyədə yay tətili ruslar üçün bu il bir neçə dəfə bahalaşıb.
“Russian Ekspres”in baş direktoru Taras Kobişşanov Rusiyadan gələn büdcəli turistin marağına səbəb ola biləcək digər xarici istiqamətlərin adını çəkib.
Maldiv adalarının qışda və yayda tamamilə fərqli müştəriləri olduğunu bildirən Kobişşanov, varlı turistlərin bura hər mövsümdə, büdcəli turistlərin isə ancaq yayda uçduqlarını bildirib. Onun sözlərinə görə, bu həm Əmirliklərə, həm də Taylanda aiddir.
Mütəxəssis əlavə edib ki, Türkiyəyə alternativ Kiprdə tətil ola bilər, turistlər ora eyni BƏƏ və Türkiyə vasitəsilə gedə biləcəklər.
Bundan əlavə, turistlər Venesuela ilə maraqlana bilər - bu il ilk dəfə olaraq turoperatorlar yay üçün Karib dənizinə turlar təklif edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB