Türkiyə müxalifətin Ukrayna ilə bağlı çağırışlarını riskli hesab edir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müxalifətin Ukrayna münaqişəsi ilə bağlı mövqeyə qərar verməklə bağlı riskli çağırışlarını dəyərləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Habertürk” nəşrinə bildirib.
“Bu gün biz NATO-nun üzvü olduğumuzu xatırlatmaq üçün konkret mövqe tutmağın zəruriliyi ilə bağlı bəyanatlar eşidirik. Hesab edirəm ki, bu cür bəyanatlar risklidir, bizim belə dəbdəbəmiz yoxdur”, - deyə XİN rəhbəri bildirib.
Çavuşoğlu vurğulayıb ki, Türkiyə alyansın üzvü olduğunu xatırlayır, lakin onun sözlərinə görə, bütün digər NATO-ya üzv dövlətlərdən yalnız onun münaqişənin hər iki tərəfi ilə əlaqə saxlamaq imkanı var.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyətin nizamlanması üçün səylərini davam etdirəcəyinə söz vermişdi.
Siyasətçi həmçinin, Ankaranın hərəkətləri sayəsində saysız-hesabsız insan xilas edildiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB