Pentaqonun gizli sənədlərini "OG" ləqəbli 20 yaşlı əməkdaş yayıb?

Pentaqonun gizli sənədlərini "OG" ləqəbli 20 yaşlı əməkdaş yayıb?

Pentaqonun məxfi sənədlərinin internetdə dərc edilməsini Amerika hərbi bazasında işlədiyi iddia edilən “OG” ləqəbli iyirmi yaşlı gənc təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Washington Post” yazıb.

Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının məxfi materialları bir neçə ay ərzində əsasən oyunçuların ünsiyyət üçün istifadə etdiyi “Discord”da qapalı qrupda dərc olunub.

Qrup üzvlərindən birinin sözlərinə görə, Pentaqonun sənədlərinin yayılmasında OG ləqəbli gənc iştirak edib. O, sənədlərin əlində olduğunu guya işlədiyi “hərbi baza”da alması ilə izah edib.

İyirmi yaşlı gənci ağıllı biri kimi təqdim edən məqalə müəllifi, onun bu sənədləri dərc edərkən, şübhəsiz ki, nə etdiyini yaxşı bildiyini də etiraf edib. Nəşrin fikrincə, bunlar heç bir təsadüfi sızma-filan olmayıb.

Nəşrin məlumatına görə, yerləşdirilən materiallar arasında yalnız bəzi söhbət iştirakçılarına və yalnız diqqətlə yoxlanıldıqdan sonra giriş icazəsi verilən materiallar var. Bu məlumatı qapalı qrupun başqa bir üzvü də təsdiqləyib, o da dərc olunmuş bir çox sənədləri oxuyub.

Eyni zamanda anonimlik şərti ilə WP-nin suallarını cavablandıran hər iki gənc “OG”-nin təkcə əsl adını deyil, həm də yaşayıb-işlədiyi ştatı bildiklərini iddia edirlər. Lakin onlar bu məlumatı bölüşməkdən imtina ediblər.

Nəşrin yazdığına görə, Discord artıq sızmanın araşdırılmasında ABŞ səlahiyyətliləri ilə əməkdaşlığa razılaşıb.

Xatırladaq ki, aprel ayında Pentaqonun ictimaiyyətə düşən kəşfiyyat materialları Qərb mediasında yayılmağa başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə