ABŞ Rusiyanın məğlubiyyəti halında Ukraynada münaqişəyə son qoymaq üçün saziş hazırlamağa başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə amerikalı araşdırmaçı jurnalist Seymur Herş aprelin 12-də Substack platformasındakı bloqunda yazıb.
Seymur Herş bildirib ki, Birləşmiş Ştatların Birləşmiş Qərargah Rəisləri qərargah üzvlərinə Ukraynada məğlubiyyət halında rusların onlara təmin edilməsi üçün hərbi əməliyyatın dayandırılmasına dair saziş layihəsi hazırlamağı tapşırıb.
Qeyd edək ki, jurnalist Ukrayna prezidentinin hərbi əməliyyatlar zamanı niyə birdən on generalın işdən çıxarılmasına icazə verdiyi barədə də məlumat paylaşıb.
Seymur Herşin sözlərinə görə, guya bu, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün korrupsiya ilə məşğul olan 35 yüksək rütbəli məmur və generalın adının daxil olduğu siyahını Vladimir Zelenskiyə təhvil verdikdən sonra baş verib.
Xatırladaq ki, Herş Rusiyanın “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı “araşdırma”nın da müəllifidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB