Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, ABŞ-dan məxfi sənədlərin sızmasının həqiqət və yalan məlumatın qarışığı. olduğunu bildirib
“Sky News”un məlumatına görə, bu gün, aprelin 12-də Reznikov İspaniyanın paytaxtı Madriddə çıxış edib.
SİA xarici qaynaqlara istinadən ukraynalı nazirin bu məsələ ilə bağlı vəziyyətdən danışdığı bildirilir.
Beləliklə, Reznikovun sözlərinə görə, sənədlərdə yer alan hər hansı məlumatın artıq aktuallığı yoxdur. Onun fikrincə, sızmalar Rusiya və onun müttəfiqləri üçün fayda əldə etməyə yönəlmiş informasiya əməliyyatı idi.
Xatırladaq ki, aprelin 17-də “The New York Times”
Pentaqondakı mənbələrə istinadən ABŞ və NATO-nun əks-hücumdan əvvəl Ukrayna ordusunu təchiz etmək planının təfərrüatlarını özündə əks etdirən "məxfi sənədlər"in sızdığını elan etmişdi.
CNN daha sonra Ukraynanın bu vəziyyətə görə hərbi planlarını dəyişmək məcburiyyətində qaldığını bildirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB