"Real hərbi əməliyyatlara hazırlıq gücləndirilməlidir"

"Real hərbi əməliyyatlara hazırlıq gücləndirilməlidir"

Çin ordusu real döyüşə hazırlığı gücləndirməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri aprelin 12-də Çin sədri Si Tsinpin verib.

Qeyd edək ki, Çin rəhbəri Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Cənub Zonasının Hərbi Dəniz Qüvvələrinə baxış keçirib.

Səfər zamanı Si Cinpin hərbçilərlə görüşüb və burada Çin hərbi personalının real döyüş əməliyyatları üçün hazırlıq səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd edib.

“Təlim səviyyəsini və real döyüş qabiliyyətini artırmaq lazımdır”, - Çin rəhbəri vurğulayıb bunu.

Bundan əlavə, Si Tsinpin hesab edir ki, hərbi sahədə tədqiqatların davam etdirilməsi, taktika və təlim metodlarının yenilənməsi, hərbi qüvvələrin təhlükəsizliyi eləcə də sabitliyinin təmin edilməsi lazımdır.

Xatırladaq ki, martın sonunda Çin Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlığa hazır olduqlarını açıqlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə