Bu il Türkiyədәn ABŞ-a әn çox kimyәvi maddәlәr ixrac edilib

Bu il Türkiyədәn ABŞ-a әn çox kimyәvi maddәlәr ixrac edilib

Türkiyənin Amerika Birləşmiş Ştatlarına ilin ilk rübündə həyata keçirdiyi ixracdan 2 milyard 965 milyon 84 min dollar gəlir əldə edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Türkiyə İxracatçılar Birliyinin verdiyi məlumata əsasən, Türkiyənin 2023-cü ilin yanvar-mart aylarında həyata keçirdiyi ixrac keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 61 milyard 588 milyon dollar təşkil edib.
İlin ilk 3 ayında ABŞ-a həyata keçirilən ixracdan 2 milyard 965 milyon 84 min dollar gəlir əldə edilib.
Sözügedən dövrdə Amerika Birləşmiş Ştatlarına ən çox kimyəvi maddələr və məhsullar ixrac edilib.
İlin ilk rübündə Amerika Birləşmiş Ştatlarına ixrac edilən kimyəvi maddələr və məhsullardan 278,5 milyon dollar gəlir əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə