Qazaxıstan 2024-cü ilin sonuna qədər bəzi neft məhsullarının ixracına qadağa qoyub.
Qazaxıstanın Energetika Nazirliyinin yayımladığı fərmanda deyilir: “2024-cü il dekabrın 31-dək bəzi neft məhsullarının Qazaxıstan Respublikasının ərazisindən Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara çıxarılmasına qadağa qoyulub''.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ixracına qadağa qoyulmuş neft məhsullarının siyahısına təyyarə yanacağı və dizel yanacağı və neft bitumları daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB