Ukrayna bəzi hərbi planlarını dəyişməli olub?

Ukrayna bəzi hərbi planlarını dəyişməli olub?

Avropa İttifaqı Ukrayna münaqişəsi ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızmasını şərh etməkdən imtina edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu sual aprelin 11-də Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqı Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stanoya verilib.

Onun sözlərinə görə, Avropa İttifaqı heç vaxt sızmalara münasibət bildirmir.

“Bu, Avropa İttifaqı ilə əlaqəli deyil, bu sızıntıları şərh etmək bizim işimiz deyil”- deyə Stano cavab verib.

Xatırladaq ki, Pentaqon ABŞ və NATO-nun planlaşdırılmış əks-hücum əməliyyatından əvvəl Ukrayna Silahlı Qüvvələrini gücləndirmək planlarını özündə əks etdirən məxfi sənədlərin sızmasını araşdırır.

CNN-in məlumatına görə, Pentaqonun sənədlərinin sızması səbəbindən Ukrayna bəzi hərbi planlarını dəyişməli olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə